!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yeni tikilən binalarda qiymətlər…” - Mənzil almaq istəyənlərə VACİB XƏBƏR

!Reklam – Yazi

“Növbəti ildən ilkin mənzil bazarında, yəni, yeni tikilən bina evlərində bahalaşma müşahidə olunacaq”.

Bunu Yenicag.az-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı postpandemiya dövründə mənzil bazarında gözlənilən vəziyyəti dəyərləndirərkən deyib.

Ekspert prosesin atrıq başladığını bildirib:

“Mənzil bazarında qiymət dəyişmələri artıq baş verib. Bu, adətən ipoteka kreditlərinin artımı zamanı nisbi qiymət artımları ilə müşahidə olunur. Digər hallarda isə ümumən bazarda nisbi qiymət azalmaları meylləri müşahidə olunur. Pandemiya və inzitati qaydaların qəbulu ilə əlaqədar bazara müraciət edənlərin sayında kəskin azalmalar var. Bu da nisbi qiymət azalması ilə müşahidə olunur. Postpandemiya dövrünə gəldikdə isə proses bu istiqamətdə qəbul olunacaq qərarlardan asılı olacaq.

Bəzən Azərbaycan bazarı inzibati təsirlər zamanı daha çox dinamikliyini göstərir, nəinki iqtisadi təsirlər. Bu proses hökumətin qəbul edəcəyi qərarlardan daha çox asılı olacaq. Yəni ola bilər ki, ipotekaya, şəhərsalma tədbirlərinə, struktur layihələrinə ayrılan vəsaitlərin həsmini hökumət artırsın. Tikinti şirkətlərinə digər formada dəstək verilə bilər və s. Bu da tikinti tempini, bazarda dinamikanı artırar, qiymətə təsir edə bilər. Növbəti ildən ilkin mənzil bazarında qiymətlərdə artım baş verəcəyi ehtimal olunur. Çünki cari ildə qəbul olunan qərarlar nəticəsində bu, gözləniləndir.  Qiymət artımı ilkin mənzil bazarında, yəni, yeni tikilən bina evlərində müşahidə olunacaq”.

Cəvahir

COP29

www.yenicag.az

1304
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv