!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni turizm MÖVSÜMÜ: Ölkədaxili səyahətdə qiymətlər artacaq?

!Reklam – Yazi

“Sərhədlərin bağlı olması daxili turizmə tələbi artırıb”.

Bunu Yenicag.az-a açıqlamasında Azərbaycanın quru sərhədlərinin bağlı olmasının daxili turizm qiymətlərinə təsirindən danışan turizm eksperti Ceyhun Aşurov deyib.

O qeyd edib ki, pandemiyadan öncəki illərin statistikasına görə, 2019-cu ildə xaricə 5 milyona yaxın vətəndaş səfər edib.

“2023-cü il statistikasında isə bu rəqəm 2 milyona qədər azalıb. Bu isə vətəndaşların daxili bazara istiqamətləndiyinin göstəricisidir. Nəticə etibarilə daxili turizm bazarında tələbat yüksək olmaqda davam edir.

Bu il daxili turizm bazarında qiymətlərin yüksək olacağı gözlənilmir. Çünki ildən-ilə xaricə getmə bazarı bərpa olunur. Yəni ucuz hava daşıyıcılığının mövcudluğu, birbaşa yeni reyslərin açılması həm gəlmə, həm də getmə turizminə öz təsirini göstərir”, – deyə ekspert bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

210
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv