Yeni zəlzələdə 100 nəfər öldü-Video

media-hightechnic-468x90

89294Nepalda Rixter cədvəli ilə 7.3 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, Nepal xalqı aprel ayının 25-də baş vermiş təbii fəlakətin təsirindən özünə gəlməmiş iki gün öncə baş verən daha bir dağıdıcı zəlzələ əhali arasında dərin sarsıntıya səbəb olub. Minlərlə insan artıq evlərinə getməkdən qorxur. Növbəti şiddətli zəlzələnin ola biləcəyi ehtimalı hər kəsi dərindən narahat edir. Vəziyyətlə əlaqədar insanlar evlərinin yanında çadır düşərgələri salmağa başlayıblar.

Ötən gün paytaxt Katmandu sakinlərinin əskəriyyəti gecəni bayırda keçirib. Rəsmilər sutka ərzində 30-dan çox təkan qeydə alındığını bildiriblər.

Qeyd edək ki, Nepalda aprel ayında baş vermiş rixter cədvəli ilə 7.8 bal gücündə zəlzələ nəticəsində 8000-dən çox insan həlak olmuşdu.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600