!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Yeniyetmə güləşçilər Avropa çempionatına dörd bürünc medalla başladılar

!Reklam – Yazi

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatı keçirilir.

Yenicag.az xəbər verir ki, yarışın startında 48, 55, 65, 80 və 110 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizə aparıb.

Mübarizəyə 1/4 finaldan qoşulan Elnar Ziyadov (48 kq) ermənistanlı Liparit Mkrtçyana 6:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Elnar Ziyadov finalın bir addımlığında gürcüstanlı Yuri Çapidzeyə uduzub – 4:6. Elnar bürünc medal uğrunda moldovalı Viktor Postika ilə güləşib və 7:2 hesablı qələbə qazanıb. Ayxan Cavadov (55 kq) israilli David Şevçenko və albaniyalı Mikel Tropliniyə 9:0 hesabıyla qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Erekle Tavberidze ilə bacarmayıb – 1:9. Rəqib finala yüksəldiyi üçün Cavadov təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Ayxan italiyalı Qabriele Puçerə tam üstünlüklə qalib gəlib – 8:0. Həmyerlimiz həlledici qarşılaşmada ermənistanlı Yuri Karapetyanı 5:2 hesabıyla üstələyərək bürünc medala sahib çıxıb.

Murad Zeynalabdinov (65 kq) norveçli Eliyah Neveni (5:0) üstələsə də, 1/8 finalda isveçli Ruben Straakverdə xalların keyfiyyətinə görə (6:6) məğlub olub.

Elmin Əliyev (80 kq) estoniyalı Markus Uhtyaerv (9:0), almaniyalı Anton Buxolz (3:1) və türkiyəli Emir Dayal (8:0) üzərində əldə etdiyi qələbələrlə adını yarımfinala yazdırıb. Həmyerlimiz finalın bir addımlığında macarıstanlı İştvan Şinaya uduzub – 0:9. Əliyev gürcüstanlı Giorgi Maxaradzeyə 6:2 hesabıyla qalib gələrək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Mahir Qurbanlı (110 kq) debütdə polşalı Yakub Liseki (5:2) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda rusiyalı Yevgeni Repkinə 1:4 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Mahir Qurbanlı təsəlliverici görüşdə slovakiyalı Andreas Kernlə üz-üzə gəlib və 4:2 hesablı qələbəyə sevinib. Mahir finlandiyalı Tomas Rusini sonuncu xal prinsipinə (1:1) əsasən məğlub edərək komandamıza 4-cü bürünc medalı qazandırıb.

www.yenicag.az

971
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv