Yeniyetmə qıza təcavüz edən deputat həbs edildi

media-hightechnic-468x90

Rusiyanın Altay Respublikası Dövlət Məclisinin (El Kurultayı) deputatı 8,5 il müddətinə azadlıqdan məhrum edilib.

Yenicag.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

Məlumata görə, 48 yaşlı Aleksandr Korşuk arvadının 14 yaşlı qardaşı qızına təcavüz etdiyi üçün mühakimə olunub.

O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci maddəsi (“Yetkinlik yaşına çatmayanı zorlama”) və Rusiya Federasiyası Cinayət Məcəlləsinin 135-ci (“On altı yaşına çatmamış şəxsə qarşı nalayiq hərəkətlər”) ilə təqsirli bilinib.

İstintaq zamanı deputat ifadə verməkdən imtina edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600