!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Yerli özünüidarəetmənin təməl prinsipləri və tarixi inkişaf mərhələləri" adlı kitabın təqdimatı keçirildi – FOTOLAR

!Reklam – Yazi

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı və nəşrində dəstək olduğu, müəllifi Fərman Salmanlı olan “Yerli özünüidarəetmənin təməl prinsipləri və tarixi inkişaf mərhələləri” adlı kitabın təqdimatı mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, elm xadimləri, bələdiyyə nümayəndələri, media nümayəndələri, bələdiyyə məsələləri üzrə ekspertlər, QHT rəhbərləri və tələbələr iştirak edib.

Kitabda bələdiyyələrin tarixi, fəaliyyəti və idarəçilik formaları haqqında geniş məlumatlar əksini tapıb.

Azərbaycan bələdiyyələrinin tarixi inkişaf mərhələləri kitabda çar dövrü, cümhuriyyət dövrü və müstəqillik dövrü olmaqla 3 mərhələdən ibarət olaraq araşdırılıb.

Yerli özünüidarəetmənin nəzəri-hüquqi cəhətləri, bələdiyyənin strukturu və idarəçilik forması, dövlət və bələdiyyə idarəçiliyinin oxşar və fərqli cəhətləri, bələdiyyə seçkilərinin keçirilməsi qaydaları, sosial bələdiyyəçilik, bələdiyyə üzvü və bələdiyyə qulluqçusu, bələdiyyə qərarlarının qəbul edilmə prinsipləri, xarici ölkələrin yerli özünüidarəetmə təcrübələri və bələdiyyə hüququ haqqında məlumat almaq istəyənlər üçün kitabda geniş məlumatlar əksini tapıb.

İsmayıl Bakuvi

www.yenicag.az

250
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv