!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yol əvəzinə ömrünü qısaldanlar: niyə keçiddən istifadə etmirik?

!Reklam – Yazi

Demək olar ki, hər gün piyadanın ölümü ilə nəticələnən yol qəzalarına rast gəlirik.

Bəzən sürücü səhlənkarlığı, bəzən də piyadanın qadağan olunmuş yerdən hərəkət etməsi bir ailənin çırağının sönməsinə səbəb olur.

Son iki gündə Bakıda qeydə alınan dəhşətli yol qəzalarına diqqət yetirdikdə, piyadaların məsuliyyətsizliyi ön plana çıxır.

İyulun 19-da Sabunçu rayonu ərazisində qeydə alınan qəzada da Göyçay rayon sakini, mərhum Mirmehdi Musayevin günahı açıq-aşkar diqqət çəkir. O, bir neçə addımlığında yerləşən keçiddən istifadə etmək əvəzinə, yolunu qısaltmağa çalışıb. Əvəzində isə Musayevin ömrü qısalıb.

Nəticədə, Həsən Həsənovun idarə etdiyi «Mercedes-Benz 208 D» markalı mikroavtobus Mirmehdi Musayevi avtomobilin sol güzgüsü ilə vuraraq, onunla paralel yolda hərəkət edən Əhəd Kərimovun idarə etdiyi «Porsche Cayenne» markalı avtomobilin hərəkət istiqamətinə atıb və avtomobil piyadanın üzərindən keçib. Musayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Ötən gün də piyadanın məsuliyyətsizliyi nəticəsində baş verən qəza barədə xəbər tutduq. Bu dəfə Şəki şəhər sakini Elman Musayev yaxınlıqda yerləşən yeraltı keçiddən keçmədiyi üçün sürətlə hərəkət edən Sumqayıt şəhər sakini Bəhman Səfiyevin idarə etdiyi “Mercedes” markalı avtomobilin önünə çıxıb. Nəticədə, Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində baş verən yol qəzasında Elman Musayev hadisə yerindəcə dünyasını dəyişib.

Araşdırmamız nəticəsində məlum oldu ki, hadisənin baş verdiyi yerin yaxın 1 km-liyində 3 yeraltı keçid var. Buna baxmayaraq, bəzi piyadalar keçiddən keçmir, əvəzində həyatlarını təhlükəyə atırlar. Həmin ərazidə yaşayan piyadaları arxayınlaşdıran digər məqam isə dəmir arakəsmələr arasında olan boşluqlardır. Məhz bu, piyadalarda “buradan keçmək olar” anlayışını formalaşdır.

Emin Səfərov
Yenicag.az

www.yenicag.az

853
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv