Bakıda 4-cü zolaqdan sola dönən yol polisi sürücülərə təhlükə yaradıb.
Yenicag.az xəbər verir ki, martın 3-ü paytaxtın Rəşid Behbudov küçəsinin sağ zolağında (Mərkəzi Bankın qarşısında) hərəkət edən 99-YP-423 qeydiyyat nişanlı YPX avtomobilinin sürücüsü sola dönərkən digər sürücülərə təhlükə yaradıb.
O, Yol Hərəkəti Haqqında Qanunun 42-ci maddəsinin tələbini pozaraq həm təhlükə yaradıb, həm də digər hərəkət iştirakçılarına pis nümunə olub./Avtosfer.az/
www.yenicag.az