!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yol polisi təsadüfən sürücünün başına atəş açdı - VİDEO

!Reklam – Yazi

Qaydanı pozan sürücünü qovaraq yol kənarına sıxışdıran polis əməkdaşı özünü işə salıb.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, insident Rusiyanın Novosibirsk şəhəri yaxınlığındakı Moşkovo qəsəbəsində qeydə alınıb.

Məlumata görə, pəncərələrinə tünd plyonka çəkilmiş avtomobilin sürücüsü yol polisinin əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışıb.

Lakin qısamüddətli təqibdən sonra qaydanı pozan avtomobili yol kənarına sıxışdıran 38 yaşlı polis əməkdaşı bu dəfə sürücünün müqaviməti ilə üzləşib. Buna cavab olaraq öz tabel silahını çıxaran asayiş keşikçisi ehtiyatsızlığa yol verib. Təsadüfən tapançanın tətiyini çəkən polis sürücünün başına atəş açıb.

Sürücü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. İnsidentlə əlaqədar təhqiqata başlanılıb.

www.yenicag.az

1054
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv