Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Yol qəzalarını artıran SƏBƏBLƏR: Sürücü və piyadaların səhlənkarlığı, qaydaları ciddiyə almaması...

“Avtobusların fəaliyyəti ilə bağlı çox ciddi nəzarət mexanizmi yaradılmalıdır”.

Bunu son zamanlar Bakıda ölümlə nəticələnən ağır yol qəzalarının artmasının səbəbləri ilə bağlı danışarkən nəqliyyat eksperti Elməddin Muradlı Yenicag.az-a açıqlamasında deyib.

Ekspert vurğulayıb ki, yol qəzalarının sayının artması təkcə paytaxt Bakıda deyil, respublikanın digər ərazilərində də müşahidə olunur:

“Xüsusən də respublika əhəmiyyətli və turizm potensialı yüksək olan yollarda qəzaların sayı çoxalıb. Çünki insanlar həmin ərazilərə axın edirlər. Təəssüf ki, istirahət üçün gedən və istirahətdən evə qayıdan insanlar yollarda tələsirlər. Bu insanlar ya qarşı yola çıxır, ya ötmə-manevr qaydalarını pozur, ya da sürət həddini aşırlar. Fikrimcə, qaydaları bu şəkildə pozmaq artıq xəstəlikdir. Sürücülər anlamalıdır ki, məlum məkana tez yox, sağ-salamat çatmaq daha vacibdir. Şəhərdə isə daha çox yüksək sürət qəzalara səbəb olur. Halbuki şəhər mühitində yüksək sürət çox təhlükəlidir. Çünki bir sürücü qaydanı gözləməyib yolu keçirsə, digər sürücünün idarə etdiyi maşınla toqquşub qəza hadisəsi yaradır. Sürət həddini aşmaq piyadalar üçün də təhlükə yaradır. Yol qəzalarının qarşısını almaq üçün bütün hərəkət iştirakçıları diqqətli olmalıdır. Bəzən avtobus gözləyən sərnişinlər də dayanacaqda dayanmır və yolun əsas hissəsini keçir. Bu cür qayda pozuntularının sayı minimuma endirilməlidir.

İctimai nəqliyyata gəlincə, bütün avtobuslara kamera qoyulmalıdır. Sürücülərin iş və istirahət rejimi nəzarət altında saxlanılmalıdır ki, onları qul kimi işlətməsinlər. Sürücünün əmək müqaviləsi olmalıdır. Avtobus sürücüsü qaydanı pozursa, istinadsız cərimə edilməlidir. Təəssüf ki, sürücülər qaydaları çox pozurlar və buna görə cavabdeh şirkət minlərlə manatlıq cərimə ödəyir. Ümumilikdə təbliğat işlərini də artırmaq vacibdir”.

Xatırladaq ki, ötən gün səhər saatlarında aeroport yolunda yük avtomobili ilə sərnişin avtobusunun toqquşması nəticəsində 5 nəfər ölüb, 25 nəfər yaralanıb.

Gülşən Şərif

www.yenicag.az

199
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100