Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Yol qəzasında ölən qadının qohumları axtarılır - Bakıda

Bu il iyunun 8-də Suraxanı rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 39-42 yaşlarında bir qadın bədən xəsarətləri ilə 3 saylı kliniki xəstəxanaya yerləşdirilib və 3 gündən sonra o, xəstəxanada ölüb.

Yenicag.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, şəxsiyyəti istintaqa məlum olmayan həmin qadın xəstəxanaya daxil olduqda Mərdəkan qəsəbəsində yaşadığını, adının və soyadının 39 yaşlı Mahizarova Tahirə Davud qızı olduğunu göstərib.

Həmin qadınını xarakterik əlamətləri belədir: orta boylu, dolu bədənli, şabalıdı saçları, əynində qara paltar var.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə, həmçinin Suraxanı Rayon Polis İdarəsinə (012) 452-02-02 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

www.yenicag.az

387
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM