!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Yolları iflic edən YENİTİKİLİLƏR: "Tam yaşayış olduqda..." - Ekspertdən SOS SİQNALI

!Reklam – Yazi

“Nərimanov rayonundakı yenitikili çoxmənzilli binaların inşası zamanı nəinki alternativ yollar çəkilir, hətta köhnə avtomobil yolları belə genişləndirilmir”.

Bu sözləri Nərimanov rayonu ərazisində yerləşən 1 və 2 mərtəbəli köhnə binaların yerinə hündürmərtəbəli yeni binaların inşa edilməsinə münasibət bildirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, yeni tikililərdə standartlara əməl olunmur və bu, ciddi problemdir:

“Nərimanov rayonu Təbriz küçəsində və ona paralel olan Əlizadə və Qarabağ küçələrində istismar müddətini bitirmiş daha çox 1 və 2 mərtəbəli yaşayış evlərindən ibarət olan yaşayış massivləri sökülərək yenitikili binalarla əvəzlənib. Həmin ərazilərdə bu proses hələ də davam edir. Köhnə binaların sökülərək yenilənməsi gözəl və vacib addımlardan biridir. Lakin sökülən hər iki mərtəbəli binanın yerində 16 mərtəbəli binalar tikmək yolverilməzdir. Həmin ərazilərdə mənzil və insan sayı sürətlə artır. Yenitikili çoxmənzilli binalar bir-birinə sıx şəkildə tikilir. Həmçinin əlavə olaraq nəinki alternativ yollar çəkilir, hətta köhnə avtomobil yolları belə genişləndirilmir. Ara küçələrdəki ikitərəfli avtomobil yollarından artıq bir avtomobil çox çətinliklə keçir.

Tikilən və tikilməkdə olan binaların böyük əksəriyyətində hələ ki, tam yaşayış yoxdur. Buna baxmayaraq, xüsusən də axşamlar səkilərdə saxlanılan avtomobillər həmin ərazilərdən keçən bütün yolları iflic vəziyyətə salır. Bu binalarda tam yaşayış olanda isə mənzərə daha bərbad olacaq. Əslində, bu problem tək Nərimanov rayonunda deyil, demək olar ki, kütləvi söküntülər aparılan hər yerdə vəziyyət eynidir. Bu gedişlə gələcək nəsillərə həll oluna bilməyən çox böyük bir tıxac və sıxlıq problemini miras olaraq ötürəcəyik”.

Gülşən Şərif

www.yenicag.az

201
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv