“Youtube” platformasında yaxın günlərdə ediləcək dəyişiklik sözün əsl mənasında istifadəçilərin əsəblərini korlayacaq.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, sosial platforma xüsusilə musiqilərdə tez-tez reklam göstərməyi planlaşdırır. “South by Southwest” musiqi festivalında açıqlama verən “Youtube” rəsmisi Lyor Koyen platformadan pulsuz musiqi dinləmək üçün istifadə edənlərə daha çox reklam göstərəcəklərini söyləyib.
Qeyd edək ki, yeniliyin əsas məqsədi “Spotify” kimi istifadəçiləri əvvəlcə reklamlarla bezdirmək, daha sonra isə pullu abunəliyə cəlb etməkdir.