!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"YouTube"a 200 milyonluq cərimə - Azyaşlıların məlumatlarını yığıb

!Reklam – Yazi

“Google” şirkəti ABŞ-ın federal ticarət komissiyasına (FTC) 200 milyon dollar cərimə ödəyəcək.

Yenicag.az xəbər verir ki, şirkətin cərimə olunmasına səbəb “YouTube “videoservisində yetkinlik yaşına çatmamış istifadəçilərə targetinq reklamı göstərmək üçün onların məlumatlarını yığması olub.

Məlumata görə, “Google” şirkətinin ödəyəcəyi məbləğ 150 milyon dollardan 200 milyon dollara kimi çata bilər. Bu barədə rəsmi məlumat veriləcək.

Bu cərimə vəsaitinin uşaqların internetdəki konfidensiallıqları qanunvericiliyi üzrə təyin edilmiş ən böyük cərimə məbləğlərindən biri olacağı bildirilib.

Qeyd edək ki, bundan öncə isə məşhur  “TikTok” servisi rekord məbləğlə – 5.7 milyon dollar cərimələnmişdi. Buna səbəb servisin 3 il ərzində öz istifadəçilərinin yaş göstəricilərini qeyd etməməsi olub.

www.yenicag.az

2352
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv