Yoxa çıxan təyyarə haqqında yeni iddialar
Şənbə günü 239 sərnişin və heyət üzvü ilə radarlardan itən və hələ də tapılmayan təyyarə ilə bağlı araşdırmalar davam edir.
Təyyarədə olan köməkçi pilot Faiq Əbdülhəmidin iki il əvvəl pilot kokpitinə 2 qadın dəvət ettiyi üçün haqqında araşdırma başlandığı bildirilib. Avstraliyanın bir kanalı onun kokpittə iki qadınla çəkilən şəklini yayıb.
Digər tərəfdən isə İnterpol iki nəfər iranlının oğurluq pasportla təyyarəyə mindiyini açıqlayıb.
Aqibəti bəlli olmayan təyyarə haqqında müxtəlif versiyalar ortaya atılır. Çinin məşhur saytı bu iddiaları irəli sürüb:
– Hərbi təyyarələr tərəfindən vurulub.
– Uyğurlar təyarəni qaçırıb və partladıb.
– Dünyanı araşdıran yadplanetlilər oğurlayıb.
– Meteroid dəyib və kiçik parçalara ayrılıb.
avropa.info