Yüksək Liqada ikinci finalçı məlum oldu

media-hightechnic-468x90

Bu gün qadın voleybolçuların Yüksək Liqasında ikinci finalçı məlum olub.

Yenicag.az xəbər verir ki, yarımfinalın sonuncu görüşündə “Murov Az Terminal” və “Abşeron” üz-üzə gəlib. Görüş birincilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Cütün ilk matçında ikincilər eyni hesabla qalib gəldiyi üçün “qızıl set” oynanılıb. Burada rəqibini 15:11 hesabı ilə üstələyən nominal qonaqlar finala vəsiqə qazanıblar.

Qeyd edək ki, “Abşeron” finalda “Gəncə”ni mübarizədən kənarlaşdıran “Azərreyl”lə qarşılaşacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa