Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Yüksəliş" müsabiqəsi vebinar təşkil etdi - FOTO

“Yüksəliş” müsabiqəsi “Peşəkar CV və uğurlu müsahibənin əsasları” mövzusunda vebinar təşkil edib.

Yenicag.az-ın məlumatına görə, 28 (saat 19:00-20:00) və 29 aprel (saat 15:00-16:00) tarixlərində “Zoom” proqramı vasitəsilə keçirilən vebinar insan resursları və inzibati idarəetmə sahəsində 20 ildən çox təcrübəyə malik Vüsalə Kərimova tərəfindən aparılıb. Təlimçi işə müraciət zamanı CV-nin hazırlanması, yüksək keyfiyyətli CV-də işəgötürən tərəfindən diqqət yetiriləcək məqamlar, peşəkar karyera yolunda iş müsahibələrinə hazırlığın əsas tərəfləri, müsahibin düzgün geyim seçimi və davranış qaydaları, bu sahəni əhatə edən digər faydalı məlumatları bölüşüb. Vebinara 557 nəfər qatılıb.

Xatırladaq ki, hazırda “Yüksəliş” müsabiqəsinin videomüsahibə turu davam edir. Aprelin 10-dan start götürən videomüsahibə turu mayın 1-də yekunlaşacaq.

www.yenicag.az

245