Yunanıstan Fransadan gəmi əleyhinə raketlər ALACAQ

media-hightechnic-468x90

 

Yunanıstan Fransadan 16 ədəd “Exocet” tipli gəmi əleyhinə raketlərin alınmasına dair saziş imzalayıb.

Yenicag.az “Reuters” agentliyinə istinadla xəbər verir ki. bu barədə Yunanıstanın müdafiə naziri Nikos Dendias məlumat verib.

Raketlərin alınması ilə bağlı sənədi Yunanıstanın müdafiə naziri Nikos Dendias və Fransanın Silahlı Qüvvələr naziri Sebastyen Lekornu imzalayıblar. Fransalı nazir hazırda Afinada səfərdədir. Müqavilənin maliyyə dəyəri açıqlanmayıb.

Qeyd olunur ki, bu silah alışı 2021-ci ildə Fransa ilə imzalanmış müdafiə paketi çərçivəsində həyata keçirilir. Həmin sazişə əsasən, Yunanıstan artıq Fransadan üç ədəd freqat və “Dassault” şirkətinin istehsalı olan təxminən 24 ədəd “Rafale” qırıcı təyyarəsi almağa razılıq verib.

Xatırladaq ki, 2023-cü ilin noyabrında Yunanıstanın müdafiə naziri Nikos Dendias ölkənin Silahlı Qüvvələrinin modernləşdirilməsi məqsədilə Müdafiə Nazirliyində islahat proqramının əsas istiqamətlərini açıqlamışdı. Proqram çərçivəsində köhnəlmiş strukturlar və praktikalardan imtina nəzərdə tutulur.

Bundan əvvəl isə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bəyan etmişdi ki, ölkə 2036-cı ilə qədər Silahlı Qüvvələrin müasir tarixində ən radikal modernləşməsi üçün 25 milyard avro xərcləyəcək.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600