Yunanıstanlı nazirdən Almaniyanın ünvanına sərt ittiham

media-hightechnic-468x90

14263350553139940792_750x500Yunanıstanın milli müdafiə naziri Panos Kammenos Almaniya hakimiyyətini onun ölkəsinin daxili işlərində qarışmaqda ittiham edib.

Yenicag.az azertac-a istinadən xəbər verir ki, Panos Kammenos Almaniyanın “Bild” qəzetinə müsahibəsində AFR-in maliyyə naziri Volfanq Şoyblenin bəyanatını kəskin tənqid edib. “Almaniya hökuməti ona aid olmayan işlərə qarışır. Bununla da digər dövlətlərin daxili işlərinə qarışmamaqla bağlı müqaviləni pozur” – deyə o bildirib.

Yunanıstanın iqtisadi vəziyyətinə toxunan nazir, həmçinin qeyd edib ki, Afinaya üçüncü yardım paketi yox, borcların silinməsi lazımdır. “Biz köhnə borcları daim yeni borclar hesabına bağlaya bilmərik” – deyə P.Kammenos bildirib.

İkinci dünya müharibəsi zamanı hərbi cinayətlər nəticəsində dəymiş zərərə görə yunan tərəfinin Berlindən təzminat tələbi barədə suala da cavab verən nazir deyib ki, Afina kompensasiya gözləyir: “Burada söhbət nəzəri diskussiyalardan deyil, konkret məbləğdən gedir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600