“Yüz ildir o adamla boşanmışam, əl çəkin məndən!” – Mehriban Xanlarova ƏSƏBİLƏŞDİ

“Yüz ildir o adamla boşanmışam, mənim adımı niyə onunla hallandırırlar? Əl çəkin məndən”.

Tanınmış aktrisa, Əməkdar artist Mehriban Xanlarova keçmiş həyat yoldaşı, Xalq artisti Brilliant Dadaşovanın həbs olunan bacısı oğlu Zaur Mahmudovla adının hallanmasına əsəbiləşib.

Yenicag.az-a açıqlama verən aktrisa qəzəbini cilovlaya bilmədiyini deyib:

“Mən o adamla nə vaxtsa ailəli olub, boşanmışam. Məndən sonra evlənib, neyləyib, həbs olunub, xəbərim də yoxdur, maraqlanmıram da. Onun ailəsi məndən də məşhurdur. Niyə onlar qala-qala mənim adımı hallandırırlar ki “Əməkdar artistin keçmiş həyat yoldaşı həbs olunub”. Bundan mənə nə? Ağzında deyirsən ki, keçmiş ər, yəni indi ailəli deyiləm. Gecə səhərə qədər buna görə əsəb keçirmişəm. Olmaz belə. O adamın mənimlə heç bir əlaqəsi belə yoxdur. Ailəsinə səbr diləyirəm, Allah onun da qapısını açsın”.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında ittiham olunan 1973-cü il təvəllüdlü Mahmudov Zaur 5 il müddətinə azadlıqdan məhrum edilib. Zaur Mahmudov Brilliant Dadaşovanın bacısı Lalə Dadaşovanın oğludur.

Cəvahir