Zabit dünyasını dəyişdi

media-hightechnic-468x90

kkkBir neçə gün əvvəl qəzaya düşən Daxili Qoşunların zabiti xəstəxanada dünyasını dəyişib.

İyunun 16-da Şirvan şəhərində qəzaya düşən Daxili Qoşunların “N” saylı hərbi hissəsinin zabiti, leytenant Arif Oruc oğlu Yusifov aldığı xəsarətlərdən ötən gün müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, məlum hadisə iyunun 16-da Şirvan şəhərində qeydə alınıb. Daxili Qoşunların “N” saylı hərbi hissəsinin zabiti, leytenant Arif Oruc oğlu Yusifov idarə etdiyi “Mercedes” markalı maşını yol kənarındakı ağaca çırpıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər – leytenant Orxan Qurbanov və kiçik çavuş Əzəmət Məmmədov xəsarətlə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600