Zabit Səmədov Avropa çempionu oldu

Azərbaycanın K1 döyüşçüsü Zabit Səmədov növbəti görüşünü keçirüb.

Yenicag.az xəbər verir ki, 34 yaşlı idmançı “King of Kings” versiyası üzrə Avropa çempionu titulu uğrunda fransalı Freddi Kemayo ilə qarşılaşıb.

Döyüş bu gün Rusiyanın paytaxtı Moskvadakı “Crocus City Hall”da “JARA Fight Show” idman layihəsi çərçivəsində baş tutub.

“Mauqli” ləqəbli idmançımız beş raund ərzində rəqibindən aşkar üstün olub. Yekunda hər üç hakim qələbəni azərbaycanlı idmançıya verib.

Nəticədə, Zabit “King of Kings” versiyası üzrə Avropa çempionu olub.

Loading...