“Zadəganlar”dan REKORD GƏLİR – Bu qədər QAZANACAQLAR

media-hightechnic-468x90

“Chelsea” Klublararası Dünya Çempionatında rekord gəlirə doğru irəliləyib.

Yenicag.az xəbər verir ki, 2025 FIFA Klublararası Dünya Çempionatının finalına yüksələn “Chelsea” indiyə qədərki uğurlu çıxışı ilə ciddi maliyyə gəliri əldə edib.

İngiltərə təmsilçisi yarımfinalda Braziliyanın “Fluminense” komandası üzərində qələbə qazanaraq finala yüksəlib və bu nəticə ilə ilk dəfə keçirilən turnirdə artıq 93 milyon avroya yaxın gəlir əldə edib.

“Zadəganlar” finalda “PSG”–“Real Madrid” cütünün qalibi ilə qarşılaşacaq. “Chelsea” kuboku qazanacağı təqdirdə əlavə 34 milyon avro gəlir əldə edəcək. Beləliklə, komandanın turnirdən ümumi qazancı 127 milyon avroya çata bilər.

Qeyd edək ki, ötən mövsümün əvvəlində “Chelsea”nin baş məşqçisi təyin olunan italyan mütəxəssis Enzo Mareska Konfrans Liqasını qazanmaqla yanaşı, komandanı UEFA Çempionlar Liqasına da daşımağı bacarıb.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600