“Zara” mağazası insanları belə aldadır – Foto

media-hightechnic-468x90

zaraBakı sakini “28 Mall” ticarət mərkəzində yerləşən “Zara” geyim dükanında aldadıldığını bildirir.

Kəmalə Quliyeva adlı sakin bildirib ki, mağazada satılan malların üzərindəki qiymətlərlə çekdə qeyd edilən rəqəm uyğun gəlmir: “Malları alıb evə qayıtdım, çekə baxanda dəhşətə gəldim. 35 manatlıq qadın üçün şalvarı çekdə satılan qiymətdən artıq qiymətə kassada vururlar. Mən buna diqqət etmədim və sonra evdən onlara zəng edib şikayətimi bildirəndə mənə cavab verdilər ki, o kod ilə olan mal 49 manatdır. Müraciət edəndə ki, malı qaytarmaq istəyirəm, cavab o oldu ki, bizdə alınan mal geriyə qaytarılmır. Halbuki xaricdə olan “Zara” şəbəkə dükanlarında alınan mallara 14 gün ərzində geri qaytarmağa müştərinin icazəsi var, hətta elə ölkələr də var ki, 30 gün qaytarılma icazəsi olur.(lent)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600