!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Zarina: “Hansı qızın başına o hadisə gəlsəydi, özünü öldürərdi”

!Reklam – Yazi

“Fağır, yazıq qız obrazları oynamaqdan bezdim və birdəfəlik belə rollardan imtina etdim”.

Bunu Yenicag.az-a açıqlamasında gənc aktrisa Zarina Qurbanova bildirib.

O, bu səbəbdən üç ildir ki, dram janrında çəkilən film və seriallardan imtina etdiyni deyib:

“Üç ildir ki, dram janrında heç bir filmə çəkilmirəm. Yalnız komik filmlərə çəkilirəm. Bu üç il ərzində “yaxşı qız” obrazlarından imtina edirəm. Dəfələrlə dram janrında film, seriallarda çəkilmək üçün təkliflər almışam, lakin qəbul etməmişəm. Bunun da bir səbəbi var. Mənə təklif olunan bu rolların hamısı Azərbaycan mentallığında yaradılmış fağır qız obrazlarıdır. Buna görə də həmin obrazlardan birdəfəlik imtina etmişəm. Çünki Azərbaycan qızını elə yazıq, fağır görkəmdə görmək istəmirəm. Söhbət həm də Azərbaycan qızlarının gəncliyindən söhbət gedir. Axı gənc Azərbaycan qızını belə miskin formada göstərmək düzgün deyil”.

Aktrisa bir seriala çəkildiyini və həmin obrazı ilə sosial mesaj ötürdüyünü də bildirib:

“Bu yaxınlarda belə bir seriala çəkildim. O təsvir olunan fağır qıza oxşarlıq var idi. Amma o qız dirəniş göstərdiyinə görə sonu intiharla nəticələndi. Yəni Zarina da olsaydı, fağır qız olmaqla başına elə dəhşətli hadisələr gəlsəydi, yəqin ki, özünü öldürərdi. Bu obrazla göstərdim ki, fağırlığın, şəxsi fikrin olmamağın, mentalitetdən kənara çıxmamağın axırı belə olur”.

Cəvahir

www.yenicag.az

751
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv