!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Zarina: "TikTok"da qazandığım pullarla 6 ölkəni gəzmişəm"

!Reklam – Yazi

“TikTok”da qazandığım pulun yarısına 6 ölkəni gəzmişəm”.

Bunu tanınmış aktrisa Zarina Qurbanova Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa “TikTok” sosial şəbəkəsində pul qazanan sənətçiləri qınayanlara səslənib:

“Son vaxtlar baxıram ki, “TikTok”da vaxt keçirən, qazanc əldə edən sənət adamlarını sərt tənqid atəşinə tuturlar. Bizi niyə qınayırsınız axı, sənət adamlarının “TikTok”da pul qazanmasının nəyi pisdir ki? Pul qazanmaq üçün durub kiməsə yalvarmırıq ki… Mən özüm də “TikTok”da varam. Yalan nə deyim, əvvəllər “TikTok”u qınayanlardan olmuşam. Amma indi aktiv istifadəçisiyəm. Çünki zəmanə ilə ayaqlaşmaq lazımdır. İndi sosial şəbəkələr dövrüdür. Birincisi, orada əyləncəli vaxt keçiririk. Dünya trendlərinə qoşuluram. Həm də yaxşı pul qazanıram. Ən çox incəsənət adamları ilə yarışırıq, həm də tamaşaçı ilə yaxın oluruq. Münasibətlərimiz yaranır, ünsiyyətdən zövq alırıq”.

Aktrisa “TikTok”da qazandığı pulların hesabına xarici ölkələrdə istrahət etdiyini də bildirib:

“Sonuncu dəfə “TikTok”da qazandığım pulla altı ölkəni gəzib yaxşı istirahət etmişəm. Həmin ölkələrdə xərclədiyim pulun 50 faizini o pullar təşkil edib. Bizi qınayanlara da demək istəyirəm ki, burada qınanılası heç nə yoxdur. Əgər qonorarımız yüksək olsaydı, heç bir sənətçi orada olmazdı”.

Cəvahir

www.yenicag.az

1039
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv