!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zaur Kamalın hərəkətinə güneyli milli fəaldan REAKSİYA: "Fars mediasının sui-istifadəsi..."

!Reklam – Yazi
                                                              Həbib Yakamoz

Rəhmətlik Rza Bərahəninin vəfatından sonra, Milli Hərəkat mətbuatında və KİV-lərində onun türkcə yazmadığı ilə bağlı tənqidlərdən sonra zəruri halda lazım olmadıqca Azərbaycan türkcəmizdən başqa dildə yazmaqdan çəkinməyə qərar verdim.

Bu səbəbdən istina olaraq mesajımı farsdillilərə, özlərini onların qulu kimi aparan manqurtlarımıza, assimilyasiya olunmuşlara və azərilərə çatdırmaq üçün bu dəfə də farsca yazmaq məcburiyyətində qaldım.

Dünən, 30 iyun 2022-ci il, axşam saatlarında sevimli ölkəmizin telekanalın aparıcısının təbrizli müğənniyə qarşı nalayiq rəftarının qısa klipi virtual şəbəkələrdə ildırım sürəti ilə yayımlanıb və dərhal opponentlərin və tərəfdarların həddindən artıq reaksiyalarına və təxribata səbəb olub.

Telekanalın Zaur adlı aparıcısının mübahisə yaratmadan məsələni pərdə arxasında bitirə biləcəyində qəti şəkildə yanıldığını və belə bir plan düşünmədiyini mən də qınayıram. Digər tərəfdən, cənab Afşin Azəri də, digər sənətkarları aşağılamadan, təxrib etmədən, özünün fərdi sənət və qabiliyyətlini nümayiş etməklə Azərbaycan musiqisində özünəməxsusluq iddiasını sözdə deyil, əməldə sübut edə bilərdi; Çünki atalar deyib: “Müşk odur ki, kənardan ətir saça, Ətirçinin deməyi ilə deyil”.

Televiziya proqramlarının müəllifliyində və hazırlamaqda təcrübəmi nəzərə alsaq, bu kimi hadisələr, çox da qeyri-adi və qəribə bir şey deyil. Çünki televiziya kimi sənət və media aləmində belə hadisələr çox olub və olacaq. Hətta ola bilsin ki, bu məsələ aparıcı ilə müğənninin sözügedən verilişin reytinqini yüksəltmək üçün pərdəarxası razılaşmanın nəticəsidir və məqsədlərinə çatdıqdan sonra əvvəlkindən daha da sıx cici-bacı olacaqlarına şahid olmağımız mümkündür.

Həmçinin mənim və həmfikirlərimin narahatlığı fars-faşist mediasının sui-istifadəsi ilə bağlı deyil. Çünki “Əqrəbin sancması onun təbiətindən irəli gəlir. Burada anormal bir şey görünmür”.

İrqçi Firdovsi varislərinin antiinsani ordusuna və bu mövzuda öz qaynarlığı ilə bu cür təbliğat aparan və kiçik bir təpədən dağ düzəldən antitürk farslara və onların əsiri olmuş sapı bizdən baltalarına cavab olaraq bunu xatırlatmaq kifayətdir: “Qardaşlar savaşdı, axmaqlar inandı!”

Dəyərli soydaşlarımızın kütlə təbəqəsini nəzərdə tutmuram.

Narahatlığım və kədərim ondan ibarətdir ki, Azərbaycan Milli Hərəkatının bəzi fəal iddiaçılarının qeyrət damarları dərhal şişib və sevimli Azərbaycan xalqımızın şüuraltında yerləşmiş Şimal və Cənub kabusundan xilas ola bilmədikləri təxminən 200 ilə yaxın bir zamanda hələ də var davam edir.

Azərbaycanın nə şimalı var, nə də cənubu; Quzey Azərbaycan və Güney Azərbaycan nə deməkdir?!

Hələ sovet dönəmində sənət adamları, elitar təbəqə bunu yaxşı anlayır, siyasi təzyiqlərin və repressiyaların qızğın vaxtında kinoda Qaçaq Nəbi yox, Qoçaq Nəbinin (“Qanlı zəmi”) rolunun oynamış aktyor demişkən: “Arazın o tayı da, bu tayı da mənim vətənimdir, buna görə də elin o baş – bu başı olmaz”.

Həbib Yakamoz, şair, milli fəal

www.yenicag.az

416
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv