!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zaxarova erməni jurnalisti yerinə oturtdu - VİDEO

!Reklam – Yazi

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova “Verelq News”un erməni jurnalisti Hayk Xalatyanın suallarına bu gün keçirilən brifinqdə adekvat cavablar verib.

Əvvəlcə o, dekabrın 3-də Laçın dəhlizinin bağlanması ilə bağlı hadisəni qısaca şərh edib və bildirib ki, bu məsələ həllini tapıb.

Daha sonra Xalatyan növbəti sualında iddia edib ki, guya İrəvan bəyannaməni o şərtlə imzalayıb ki, keçmiş DQMV həmin vaxt Azərbaycan SSR-in tərkibində sayılmayıb.

Bu vaxt Zaxarova erməni jurnalistin sözünü kəsərək, ona Ermənistan hökumətinin rəsmi mövqeyini rəsmi İrəvanın özü ilə dəqiqləşdirməyi tövsiyə edib, həmçinin xatırladıb ki, Rusiya XİN rəhbəri Sergey Lavrov artıq Alma-Ata bəyannaməsi məsələsində bütün əsas məqamları vurğulayıb.

Daha sonra Zaxarova ATƏT-in keçmiş Minsk qrupunun məzarı üzərinə daha bir ovuc torpaq ataraq bildirib ki, Minsk formatı 2022-ci ilin fevralında Moskva ilə əməkdaşlıqdan imtina edən Paris və Vaşinqton tərəfindən “dəfn edilib”.

www.yenicag.az

315
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv