Zaxarova erməni jurnalistin Azərbaycanla bağlı təxribatçı sualına belə cavab verdi

media-hightechnic-468x90

Azərbaycan tərəfi Ukraynaya silah tədarükü barədə məlumatı rəsmi şəkildə təkzib edib.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycanın guya Ukraynaya silah tədarük etməsi ilə bağlı bu gün keçirilən brifinqdə sual verən erməni jurnalistə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Mariya Zaxarova xatırladıb.

O qeyd edib ki, Ukraynaya potensial silah tədarükü ilə bağlı bütün məlumatlar Rusiyanın müvafiq qurumları tərəfindən diqqətlə yoxlanılır və həmin ölkələrlə müzakirə olunur.

“Diqqətinizə çatdırım ki, Azərbaycan tərəfi sözügedən məlumatı rəsmən təkzib edib. Bir daha xatırladıram ki, biz həm də bu məsələ ilə bağlı sıx şəkildə əlaqə saxlayırıq”, -deyə Zaxarova bildirib./Unikal/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa