Zaxarova Ermənistanın Roma Statutunu ratifikasiyandan danışdı 

media-hightechnic-468x90

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Əsasnaməsini ratifikasiya edərkən Ermənistan müstəsna olaraq siyasi motivləri rəhbər tutub.

Yenicag.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova brifinq zamanı NEWS.ru-nun sualını cavablandırarkən deyib.

Diplomat qeyd edib ki, Moskva İrəvana Roma Əsasnaməsini ratifikasiya etmədən BCM mexanizmlərindən istifadə etməyi təklif edib, lakin erməni tərəfi kompromis yollarına məhəl qoymayıb.

“Bütün xəbərdarlıqlara rəğmən, xüsusən də Qərbin BCM vasitəsilə ölkəmizin rəhbərliyinə və məmurlarına qarşı başlatdığı anti-Rusiya siyasəti fonunda İrəvan sırf siyasi motivlərlə sənədi ratifikasiya etmək qərarına gəlib. Əgər İrəvan öz əlləri ilə yaradılmış problemlərin həllində maraqlıdırsa, o zaman, fikrimizcə, bunun üçün Ermənistan hüquq sistemi çərçivəsində imkanlar var”, – Zaxarova bildirib.

Zaxarova xatırladıb ki, Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin oktyabrın 9-da verdiyi müsahibədə Beynəlxalq Cinayət Məhkəməsinin qaydalarının Roma Statutunu ratifikasiya etmədən də ölkələrin BCM-ə müraciət etməyə imkan verdiyinə diqqət çəkib./Oxu.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600