Qərbin hərəkətləri nüvə təhlükəsi səviyyəsinin ciddi şəkildə artmasına səbəb olub.
Yenicag.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Hazırda Qərbin nüvə dövlətləri arasında birbaşa hərbi toqquşmaya səbəb ola biləcək destruktiv siyasəti nəticəsində nüvə təhlükəsinin səviyyəsi ciddi şəkildə artıb”, – diplomat bildirib.
O, Rusiyanın bununla bağlı həm ABŞ-yə, həm də onun izi ilə gedən digər NATO üzvlərinə açıq şəkildə xəbərdarlıq etdiyini vurğulayıb.
“Düşünmədən Amerika kursunu izləmək əvəzinə, onun təxribatçı və son dərəcə təhlükəli xəttinin səbəb ola biləcəyi fəlakətli nəticələri dərk etmək lazımdır”, – M.Zaxarova əlavə edib./Report/
www.yenicag.az