Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO-nun baş katibi Yens Stoltenberqin “Rusiya qışdan Ukraynaya qarşı silah kimi istifadə etməyi planlaşdırır” bəyanatına zarafatla cavab verib.
Yenicag.az xəbər verir ki, o, bu barədə öz “Telegram” kanalında yazıb.
“O ( Yens Stoltenberq – red.) bizim “mövsümi kəskinləşmələr” taktikasından istifadə edərək, yaz və payızdan NATO-nun baş katibinə qarşı silah kimi istifadə etdiyimizi bilmir”, – Zaxarova yazıb.
Bundan əvvəl Stoltenberq də Ukrayna münaqişəsinin uzanacağına hazırlıq görməyə çağırıb.
www.yenicag.az