Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Zədəlilərinin son durumu açıqlandı

Reklam: High Technic

Topaz Premyer Liqasının XXII turunda “Qəbələ” ilə oyunda zədələnən “Neftçi”nin futbolçuları – Ruslan Abışov, Pavel Dreksa, Məqsəd İsayev və Tərzin Cahangirovun durumuna aydınlıq gəlib.

Yeniçağ.az xəbər verir ki, ötən gün tibbi müayinədən keçən futbolçuların müayinələrinin cavabları bu gün açıqlanıb. Adıçəkilən futbolçulardan yalnız çexiyalı Dreksanın durumu ciddidir. Əzələsində problem olan oyunçunun növbəti turda “İnter”lə matçda oynamayacağı dəqiqdir. Digər futbolçuların isə “sabiq bankirlər”lə matçda iştirak edəcəkləri gözlənilir.

Qeyd edək ki, martın 18-də baş tutacaq “Neftçi” – “İnter” oyunu saat 19:37-də başlayacaq.

 

Yeniçağ.az

www.yenicag.az

162