!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəfərə aparan yolun BAŞLANĞICI: "Tovuz döyüşləri bir növ müharibənin girişi idi, davamı da sentyabrda gəldi"

!Reklam – Yazi

“5 günlük Tovuz döyüşləri 44 günlük Vətən müharibəsinin işartıları idi”.

Bu sözləri ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Tovuz döyüşləri barədə danışarkən Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, düşmən davamlı şəkildə təxribatlar həyata keçirirdi və onun qarşısı alınmalı idi:

“Beləliklə də 2020-ci ilin iyulun 12-də ermənilər günorta saatlarından başlayaraq Tovuz istiqamətindəki mövqelərimizi ağır artilleriya və iriçaplı silahlarla atəşə tutdular. Azərbaycan da məcburiyyət qarşısında qalıb Ermənistan Silahlı Qüvvələrinə aid zirehli texnika və canlı qüvəvləri məhv etməyə məcbur oldu.

5 nəfər yaralanmışdı və yaralanan əsgərlərdən biri daha sonra şəhid oldu. Ən ağır döyüşlər isə ayın 13-nə keçən gecə baş verdi. Həmin döyüşlərdə artilleriya, minaatan və tanklardan istifadə olundu. Əlbəttə ki, bu, artıq açıq döyüş əməliyyatları demək idi. Növbəti günlərdə isə əfsanəvi generalımız Polad Həşimov, artilleriya rəisi polkovnik İlqar Mirzəyev və digər zabitlərimiz şəhid oldular. Hətta 1 nəfər mülki şəxs də öz həyətində həlak oldu.

Mənə elə gəlir ki, 27 sentyabrda başlayan 44 günlük savaş da ermənilərin Tovuz istiqamətində həyata keçirdiyi təxribatın qarşısının alınması məqsədilə olmuşdu. Bu savaş 44 gün davam etdi və Azərbaycan 30 ilə yaxın müddətdə işğalda olan əraziləri işğaldan azad etdi. Sonuncu əməliyyatımız isə keçən ilin sentyabrının 19-dan 20-nə keçən gecə antiterror tədbirləri ilə yekunlaşdı.

Əlbəttə ki, bu müharibə baş verməli idi və oldu. Azərbaycan ordusu da 1994-cü ilin mayın 12-dən 2020-ci ilin 27 sentyabrına qədər 2016-cı ilin aprel döyüşlərini, habelə 2018-ci ilin Qazax döyüşlərini keçmişdi. Qısacası, Tovuz döyüşləri bir növ müharibənin girişi idi ki, davamı da sentyabr ayında gəldi. Azərbaycan ordusu 2020-ci ildən qabaq da bu təxribatlara cavab verə bilərdi, lakin məqam məhz 2020-ci il oldu. Həmçinin general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin, 2 mayor, 1 gizir və 1 əsgərimizin şəhid olması bizə pis təsir etmişdi. Ona görə də qərar verildi və nəticə hamının gözü qabağındadır”.

Rafi Müslümov

COP29

www.yenicag.az

722
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv