Zelenski açıqladı: 41 yaşayış məntəqəsi azad edildi

media-hightechnic-468x90

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin cənubunda 41 yaşayış məntəqəsinin Rusiya işğalından azad olunduğunu açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə dövlət başçısı ənənəvi axşam videomüraciətində danışıb.

“Bu gün cənubdan şad xəbərlər var. 41 yaşayış məntəqəsi işğaldan azad olunub. Bu irəliləyişi təmin edən bütün qəhrəmanlarımıza minnətdaram”, – Ukrayna lideri vurğulayıb.

Xatırladaq ki, noyabrın 9-da Rusiyanın müdafiə naziri Sergey Şoyqu qoşunların Xerson vilayətinin Dnepr çayının sağ sahilində yerləşən hissəsindən çıxarılması barədə əmr verib./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600