Zelenski: "Bizə Amerika və avropalı tərəfdaşlarımızın dəstəyi lazımdır"
Ukrayna Prezident Vladimir Zelenski bildirib ki, ölkəsi Rusiyanın müharibəsini bitirmək üçün “diplomatik yol” tapmağa hazırdır və bir daha vurğulayıb ki, Kiyev Moskva və Vaşinqtonla üçtərəfli görüş istəyir.
Yenicag.az xəbər verir ki, Zelenski bu barəəd Ağ Evdı ABŞ Prezidenti Donald Trampla keçiridyi görüşdə deyib.
Zelenski Tramp administrasiyasının müharibəni dayandırmaq cəhdlərini yüksək qiymətləndirib.
Zelenski bildirib ki, Ukrayna hər gün Rusiya hücumları ilə yaşamağa məcburdur və Rusiyanın Xarkova gecə endirdiyi ölümcül zərbəni misal gətirib.
“Biz bu müharibəni dayandırmalıyıq, Rusiyanı dayandırmalıyıq. Və bizə Amerika və avropalı tərəfdaşlarımızın dəstəyi lazımdır”, – deyə o vurğulayıb.