Zelenski bu şəhərlərə “Qəhrəman şəhər” adı verdi - SİYAHI

media-hightechnic-468x90
Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin 5 şəhərinə “Qəhrəman şəhər” adı verib.

Yenicag.az xəbər verir ki, bu barədə Zelenski video-müraciətində bildirib.

O, Böyük Vətən müharibəsində verilən bu fəxri adı geri qaytarmaqla, əslində, şəhərlərə hücum və şəhər sakinlərinin müqaviməti baxımından mahiyyətcə heç bir fərq olmadığını deyib.

Beləliklə, Zelenski Xarkov, Çerniqov, Mariupol, Qostomel və Volnovaxanın “Qəhrəman şəhər” adına layiq görüldüyünü elan edib.

Qeyd edək ki, “Qəhrəman şəhər” adı Hitler Almaniyasının SSRİ-yə hücumu zamanı mətinliklə mühasirəyə dözən, küçə döyüşləri aparan, böyük itkilər və məhrumiyyətlər hesabına müqaviməti sonadək davam etdirən şəhərlərə verilirdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600