Zelenski dilemma QARŞISINDA: Xilaskar lider, yoxsa rolunu dəyişən aktyor? - ŞƏRH

media-hightechnic-468x90

“Zelenski bu mərhələdə ya tarixi razılaşmanı imzalayan lider kimi xatırlanacaq, ya da siyasi gedişlərin sərt axarında rolunu dəyişən aktyor kimi”.

Bunu Yenicag.az-a açıqlamasında poltioloq Tural İsmayılov deyib.media-turalismayilov1

O, 28 maddədən ibarət sülh müqaviləsinin Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən qəbul olunacağı təqdirdə, onu və ölkəsini gözləyən tale barədə fikirlərini səsləndirib.

Politoloq bildirib ki, Zelenskinin qarşısına qoyulan sənəd, əslində, Ukraynanın siyasi səhnəsində “geri dönməz nöqtə” kimi görünür:

“Çünki liderin indi atacağı addım həm onun şəxsi taleyini, həm də ölkənin gələcək modelini formalaşdıracaq. ABŞ Prezidenti Donald Trampın bu qədər konkret və vaxtlı çərçivə yaratması Zelenskini “ya sabitlik, ya müqavimət” dilemması ilə üz-üzə qoyur. Kamera qarşısındakı məcburi təbəssümlər də göstərir ki, bu dəfə manevr imkanları, həqiqətən, daralıb.

Əgər Zelenski sənədi imzalasa, ölkə içində onu “sülh gətirən lider” kimi görənlər də olacaq, “təslimiyyət addımı” kimi qəbul edənlər də. Yəni daxili siyasətdə sərt qütbləşmə qaçılmazdır. Eyni zamanda, həmin qərar onun siyasi gələcəyini ya yumşaq şəkildə səhnədən çıxarmağa, ya da yeni reallıqda fərqli rol oynamağa apara bilər. Ukrayna isə qısa müddətdə çətin adaptasiya dövrü yaşayacaq. Təhlükəsizlik memarlığının yenidən qurulması, itirilmiş ərazilərlə bağlı qərarların ağırlığı və iqtisadi dirçəlişin yeni formulu gündəmə gələcək”.

Politoloq bildirib ki, Vaşinqtonun yeni administrasiyasının yanaşması Kiyevi daha praqmatik xəttə çəkəcək:

“Yəni uzunmüddətli müharibə əvəzinə, idarəolunan sabitlik modeli. Regiondakı güc balansı da, təbii ki, dəyişəcək, çünki Ukrayna artıq emosional reaksiyalar yox, “yaşamaq üçün realist addımlar” mərhələsinə keçəcək.

Qısacası, ölkə yeni mərhələyə keçir. Zelenski bu mərhələdə ya tarixi razılaşmanı imzalayan lider kimi xatırlanacaq, ya da siyasi gedişlərin sərt axarında rolunu dəyişən aktyor kimi. Hər halda, proseslər bunula yekunlaşmayacaq”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa