Zelenski ərazi mübadiləsini istisna etmədi

media-hightechnic-468x90

Ukrayna Prezidenti Volodimir Zelenski Alyaskada müzakirə olunan sülh şərtlərini dəyərləndirib. 

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna lideri öz teleqram kanalında yazıb.

Zelenski deyib ki, ərazi mübadiləsi məsələləri yalnız üçtərəfli görüş zamanı müzakirə oluna bilər. O, sülh sazişi bağlanmazdan əvvəl atəşkəs elan olunmasını tələb edib.

“Rusiya Prezidenti Vladimir Putinin çoxlu tələbləri var və biz onların hamısını bilmirik. Əgər həqiqətən də eşitdiyimiz qədər tələblər varsa, o zaman onların hamısını nəzərdən keçirmək çox vaxt aparacaq. Amma bunu silah gücünə etmək olmaz! Bu barədə Vaşinqtonda danışacağıq”, – Zelenski bildirib.

Zelenskinin sözlərinə görə, Ukrayna Konstitusiyası ərazilərin təhvil verilməsini və ya torpaq alverini qeyri-mümkün edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa