Zelenski Sumı vilayətinin başçısını vəzifəsindən azad etdi

media-hightechnic-468x90

Ukrayna Prezidenti Volodimir Zelenski Sumı vilayətinin hərbi administrasiyasının rəhbəri Volodimir Artyuxu tutduğu vəzifədən azad edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Suspilne” məlumat yayıb.

Ukrayna hökumətinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk bildirib ki, qərar hökumət tərəfindən dəstəklənib.

Melniçukun sözlərinə görə, onlar Artyuxun yerinə Oleq Qriqorovu təyin etməyi planlaşdırırlar.

Sumı vilayətinin ikinci böyük şəhəri olan Konotopun meri Artyom Seminixin Artyuxun istefasını tələb edib. O, Artyuxu aprelin 13-də Sumıya hücum günü Ukrayna Silahlı Qüvvələrinin 117-ci ərazi müdafiə briqadasının əsgərlərinin mükafatlandırılmasına razılıq verməkdə ittiham edib. Artyux mükafatlandırma mərasiminin baş tutduğunu etiraf edib, lakin tədbirin təşkilatçısı olmadığını bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600