Zelenski Ukrayna Milli Qvardiyasına yeni komandan təyin etdi

media-hightechnic-468x90

Ukrayna Prezidenti Volodimir Zelenski Yuri Lebedi Milli Qvardiyanın komandanı təyin edib.

Yenicag.az xəbər verir ki, Fevralın 25-də Ukrayna lideri təyinatla bağlı müvafiq sənədi imzalayıb.

“Lebed Yuri Anatoliyeviç Ukrayna Milli Qvardiyasının komandanı təyin olunsun”, – deyə sənəddə bildirilib.

Qeyd edək ki, Yuri Lebed 2019-cu ilin iyununa qədər Ukrayna Milli Qvardiyasının komandanının müavini vəzifəsini icra edib.

Ukrayna Prezidenti Volodimir Zelenski yanvarın 28-də Milli Qvardiyanın komandanı general-polkovnik Nikolay Balanı vəzifəsindən azad edib. Yuri Lebed həmin vaxtdan etibarən Milli Qvardiyanın komandanı vəzifəsini müvəqqəti icra edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600