Zelenskinin Ankara vasitəçiliyi AXTARIŞI: Müharibənin taleyi Türkiyənin əlindədir?

media-hightechnic-468x90
“Zelenskinin Ankara səfəri müharibənin dayandırılmasında Türkiyənin rolunu öyrənməyə hesablanıb.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib.
media-elcin_xalidbeyli
Politoloq Ukrayna Prezidenti Zelenskinin Ankara səfəri və bağlı qapılar arasında keçirilən bu səfərin motivləri haqqında öz versiyalarını irəli sürüb. Zelenski Türkiyəyə niyə gəldi? Bu sualın cavabını öyrənməyə çalışmışıq:
“Zelenskinin Türkiyə səfəri əslində bəzi məsələlərin dəqiqləşdirilməsi məqsədi daşımış ola bilər. Birincisi, “Tramp planı” tədricən mətbuata sızmağa başlayıb. Bu baxımdan ola bilər ki, Qara dəniz bölgəsinin ən önəmli dövlətlərindən biri olan Türkiyə ilə bu mövzuda məsləhətləşmələr aparılsın. Eyni zamanda Zelenski Türkiyə vasitəsilə Rusiyanın ümumi mövqeyini daha dəqiq şəkildə öyrənmiş ola bilər. Digər bir məsələ isə ABŞ-nin Tramp planı ilə bağlı Türkiyə üzərindən Ukraynaya müəyyən mesajlar ötürmək istəyi ola bilər. Ən əsası isə ABŞ Türkiyə və Qatarın bu müharibənin dayandırılmasında vasitəçilik etmələrini istəyir.”
E. Xalidbəyli qeyd edib ki, Zelenski Türkiyənin sülh prosesinə hansı formada təsir edə biləcəyini rəsmi Ankaraya çatdırmış ola bilər:
“Zelenski və Türkiyənin yüksək rütbəli vəzifəliləri arasında keçirilən görüşlərdə məhz müharibənin dayandırılması prosesi üzrə vasitəçilik missiyası müzakirə edilmiş ola bilər. Rəsmi Kiyev Türkiyənin vasitəçiliyinin hansı formatda və ya hansı istiqamətlər üzrə ola biləcəyini rəsmi Ankaranın diqqətinə çatdırmış ola bilər.”
Nurlan Cəfəri
media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa