Zelenskinin ofisinin yeni rəhbəri bu gün seçiləcək
Vladimir Zelenskinin ofisinin yeni rəhbəri bu gün seçiləcək.
Yenicag.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak öz “Telegram” kanalında məlumat verib.
“Bu gün Zelenskinin ofisinin yeni rəhbəri elan olunacaq”, – Jeleznyak yazıb.
4 dekabrda Zelenski bildirib ki, yeni ofis rəhbərinin təyin olunması barədə qərar yaxın vaxtlarda qəbul ediləcək.
“RBK-Ukrayna” agentliyi mənbələrə istinadən xəbər verib ki, Zelenski bu vəzifəyə altı namizədi nəzərdən keçirir. Onların arasında müdafiə naziri Denis Şmıqal, rəqəmsal transformasiya naziri Mixail Fedorov, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və Zelenskinin ofisinin rəhbərinin müavini Pavel Palisa var. Daha iki namizədin adları açıqlanmayıb.












