“Zəlzələ peyğəmbəri”ndən yeni açıqlama: Bu tarixdə yenə olacaq - VİDEO

media-hightechnic-468x90

Episentri Kahramanmaraş olan və böyük dağıntılara səbəb olan zəlzələni 3 gün əvvəl sosial media hesabında paylaşan “zəlzələ peyğəmbəri” ləqəbli mütəxəssis Frank Hoogerbeets yeni açıqlaması ilə diqqət çəkib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, o, qarşıdakı günlərdə, yəni martın ilk həftəsi yenidən güclü zəlzələ olacağını deyib:

“Yer planeti Merkuri və Saturunla yaxınlaşacaq. Bu da dünyada böyük zəlzələlərin olacağı deməkdir. Mart ayının ilk həftəsi çox kritik dövrdür. Ayın 2-də 9 saat ərzində Yer kürəsinin də daxil olduğu planetar birləşmə (planetlərin birləşməsi) yaşanacaq”.

Frank Hoogerbeets baş verəcək zəlzələnin 7 və 8 baldan çox olacağını deyib:

“Mən insanlarda qorxu yaratmağa çalışmıram. Müşahidələrimdən belə nəticəyə gəlirəm ki, martın 3-ü və 4-ü tarixlərində böyük seysmik hadisə ola bilər. Bu tarix martın 6 və 7-sinə də dəyişə bilər. Heç nəyi şişirtmirəm. Qorxu yaratmıram. Bu bir xəbərdarlıqdır. Baş verəcək fəlakətin miqyasını və nəticəsini nəzərə alaq. Martın ilk həftəsində 7 və 8 baldan artıq yüksək seysmik hadisə gözlənilir”.

Xatırladaq ki, Frank buna qədər fevralın 3-dəki paylaşımında bildirmişdi ki, Türkiyə, İordaniya, Suriya və Livanda 7,5 bal gücündə zəlzələ olacaq. Daha sonra isə o, Türkiyədə 5-6 bal gücündə təkanların davam edəcəyini və 10 fevralda seysmik dalğalar gözlədiyini açıqlayıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05