Zəlzələ Yaponiyaya da çatdı

media-hightechnic-468x90

68926Yaponiyada növbəti güclü zəlzələ baş verib. Yenicag.az anspress-ə istinadən xəbər verir ki, yeraltı təkanlar Fukusima sahillərində qeydə alınıb. Yaponiya meteorologiya idarəsinin məlumatına görə, təkanların gücü 5,1 bal olub.

Zəlzələnin episentri Sakit okeanda 50 km dərinlikdədir. Təkanlar 13 prefekturada, o cümlədən Tokioda hiss edilib.

Zəlzələ adıçəkilən ərazidə yerləşən “Fukusima” Atom Elektrik Stansiyasında hər hansı ziyana səbəb olmayıb.

Qeyd edək ki, Yaponiyada 2011-ci ilin mart atyında baş verən güclü zəlzələ və sunamidən sonra “Fukusima-1″də Çernobıldan sonra ikinci ağır qəza baş verib.

AES-in 6 reaktorundan 4-ü su ilə dolmuş, soyutma sistemi sıradan çıxmışdı. Qəzanın nəticələrinin aradan qaldırılması üçün 40 ilə yaxın vaxt lazım olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600