Zəlzələdən qurtulmağa çalışan cütlükdən ŞOK ADDIM – Hamilə həyat yoldaşını EYVANDAN ATDI…

Qəhrəmanmaraşda zəlzələdən sağ-salamat qurtulan cütlüyün atdığı addım sosial şəbəkələrdə diqqət çəkib.

Yenicag.az xəbər verir ki, Murad Aktaş adlı şəxs gecə zəlzələnin başladığını hiss edər-etməz 9 aylıq hamilə olan həyat yoldaşı Tuba Aktaşı eyvandan aşağı atıb. Onun ardınca da özü qapıdan çıxıb.

M. Aktaş bildirib ki, binadan yalnız onlar çıxa bilib:

“Mən xanımımı balkondan atdıqdan sonra özüm qapıdan qaçaraq uzaqlaşdım. Təəssüf ki, sadəcə biz sağ çıxa bildik. Bütün qonşularımız dağıntılar altında qaldı”.

Qeyd edək ki, Tuba Aktaş xəstəxanaya yerləşdirildikdən 2 gün sonra övladını sağlam şəkildə dünyaya gətirib.