İŞİD-ə Azərbaycanı hədəf göstərən kimdir? – Xalqa “kafir” damğasını vurmağın GİZLİNLƏRİ – VİDEO

media-hightechnic-468x90

Yenə də ölkəmizdə radikal, təkfirçi və “İŞİD” ideologiyasını gənclər arasında gizli yayan Əlixan Musayev çıxış edir.

Yenə də gizli səs yazısı. Bu dəfə isə bütün Azərbaycan xalqına topyekun şəkildə “kafir” damğası vurur. Bu, son dərəcə təhlükəli bir tendensiyadır.

media-403963261_0_82_1003_712_1920x0_80_0_0_d059d3c807c5db75a8d1c77f5995799a

Dinləyin:

Allaha və Rəsulu Məhəmmədə (s) iman gətirən, özünü müsəlman bilən gözəl xalqımıza necə kafir damğası vurulduğunu açıq şəkildə eşidəcəksiniz.

Bax budur əsl “İŞİD” ideologiyası:

  • Xalqı imandan çıxmış kimi göstərmək;

  • Təkfir üzərindən nifrət və parçalanma yaymaq;

  • Cəmiyyəti dövlətə və bir-birinə qarşı qoyan təhlükəli zehniyyət.

Bu, nə elm yoludur, nə də Peyğəmbərimizin (s) ümmətinə öyrətdiyi hikmət, mərhəmət və ədalət yoludur. Bu  fitnə və fəsad yoludur. Burada çox ciddi bir təhrif və təhlükəli iddia var.

“Fətrə əhli” termini o xalqlara deyilir ki, onlara peyğəmbər dəvəti ümumiyyətlə çatmayıb, yəni İslam mesajından xəbərsiz olublar. Belə insanlar haqqında klassik fiqhdə deyilir ki:

  • Dünyəvi hökmlərdə kafir hökmü verilir;

  • Axirətdə isə Allah-Təala onları xüsusi imtahana çəkəcək.

Lakin bu hökmün Azərbaycan xalqına tətbiqi tamamilə batildir. Çünki Azərbaycan xalqı:

  • Allaha iman gətirib;

  • Həzrəti Məhəmmədin (s) Rəsul olduğuna iman edib, onun Əhli-beytini sevir;

  • Qurani-Kərimi tanıyır;

  • Əsrlərdir İslamla yaşayır, azan oxunur, namaz qılınır, məscidlər mövcuddur.

Belə bir xalqa “fətrə əhli” demək:

  1. İslam tarixini inkar etməkdir;

  2. Xalqın imanını yox saymaqdır;

  3. Təkfirə qapı açmaqdır.

Bu yanaşma elmi deyil, əqidə baxımından xətalıdır və praktik nəticəsi etibarilə “İŞİD tipli” təkfirçi düşüncənin özüdür. Çünki bu məntiqin sonu budur:

“Xalq müsəlman deyil → xalq kafirdir → onlara qarşı hər şey caizdir.”

Bu isə fitnədir, təhlükədir və ümməti parçalamaqdır.

 

Əkrəm Həsənov,

İlahiyyat üzrə fəlsəfə doktoru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa