Zəngəzur dəhlizi ilə bağlı mühüm detal razılaşdırılır
Yenicag.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, bu, olduqca vacib məqamdır:
“İrəvan Zəngəzur dəhlizinin açılmasına etiraz etməsə də, hər iki tərəfdən gömrük yoxlamalarını beynəlxalq təşkilat olan Ümumdünya Gömrük Təşkilatının həyata keçirilməsi təklifinə müsbət yanaşıb. Biz Zəngəzur dəhlizinin açıq olmasını, yəni Naxçıvana keçiddə heç bir yoxlama həyata keçirilməməsini istəyirik, ancaq güzəşt kimi sərhəddə yoxlamanın beynəlxalq təşkilatın həyata keçirməsi variantına razılaşmaq mümkündür”.