Zəngəzurda yeni geosiyasi OYUN: Qərb və Şərq arasında SEÇİM ANI

media-hightechnic-468x90

“İran və Rusiyanın iddialarında israrlı olmaları Qafqazı təhdid edir”.

Bu fikri Zəngəzur dəhlizinin açılması yönündə baş verən proseslər, ABŞ-nin dəhlizdə idarəçiliyi götürmək iddiasını Yenicag.az-a şərh edən müstəqil siyasətçi Zəlimxan Məmmədli səsləndirib.

media-zelimxanmemmedli1

Onun sözlərinə görə, Zəngəzur dəhlizi uğrunda güclərin savaşı gedir:

“Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Kimin mənfəətinə olacaq, bu barədə çox danışılıb. Bu dəhlizə “Turan dəhlizi” də deyə bilirik. Ancaq nəzərə almaq lazımdır ki, güclərin də savaşı baş verir. Bu güclər arasında Rusiya, İran, Türkiyə, Avropa İttifaqı və ABŞ var. ABŞ-nin Azərbaycan və Ermənistanla münasibəti kifayət qədər istiləşmə mərhələsindədir. Ermənistanın mövqeyi bəllidir, Qərbə inteqrasiya xəttində israrlıdır. Azərbaycanın Qərbə inteqrasiya xətti isə bir qədər fərqlidir, dolayıdır. Türkiyənin də mövqeyi güclüdür. Hətta “ABŞ ilə ortaq layihələr həyata keçirmişik” deyən Rəcəb Tayyib Ərdoğan da var”.

“Rusiya isə aqressivdir. İran da Rusiyadan bu məsələdə geri qalmır. Hər iki ölkə dünya ilə dil tapa bilmir. Hər iki dövlətin iddialarında israrlı olmaları Qafqazı təhdid edir. Dolayısı ilə Zəngəzur dəhlizini də təhdid edir. ABŞ ilə Ermənistan arasında dəhlizlə bağlı anlaşmanın olduğu iddia edilir. Ermənistanla Rusiyanın münasibətləri kəskindir. Azərbaycanla da Rusiyanın münasibətləri az kəskin deyil. Bu da onu deməyə əsas verir ki, Azərbaycan qütbün digər tərəfində olan tərəflə münasibətləri nizama salmalıdır”, – deyə o, fikirlərini tamamlayıb.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600