!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İsgəndərlilər borcumu qaytarmır” – ŞİKAYƏT

!Reklam – Yazi


AZN-pullarZərdab rayon Əlvən kənd sakini Əzimzadə Fariz Akif oğlu redaksiyamıza müraciət edərək Zardab rayon polis şöbəsindən şikayət edib.

Yenicag.az-a müraciət edən Fariz Əzimzadə qeyd edir ki, yerli polis dələduzluq yolu ilə vətəndaşlardan külli miqdarda pul alaraq qaytarmayan şəxslə bağlı tədbir görmək istəmir: «Öncə onu qeyd edim ki, mən, dayım Abdullayev Vahid Əlisaab oğlu 02.09.2014-cü ildə İsgəndərli Orxan Yaşar oğlu və onun atası İsgəndərli Yaşar Talıbxan oğlu ilə üç aylıq müqavilə bağladıq. Müqaviləyə əsasən 30 min manatı Orxan İsgəndərliyə verdik. Müqavilə müddəti başa çatdıqdan sonra Orxan İsgəndərli pulu qaytarmayıb. Yalnız 01.12.2014 tarixində borcun 6500 manatını qaytardı, lakin xeyli müddət keçsə də, 23500 manatı qaytarmaq istəmir. Onu da nəzərə çatdırım ki, Orxan İsgəndərli Nəriman Əzizov adlı şəxsdən də 10500 manat alıb, onu da qaytarmayıb. Yəni, üç nəfərdən dələduzluqla pu alıb qaytarmayan biri ilə bağlı hansısa addımlar atmaq istəmirlər”.550871_411712838867326_827545297_n

F.Əzimzadə onu da qeyd edim ki, məsələylə bağlı Zərdab rayon polis şöbəsinə dəfələrlə müraciət etsələr də, İsgəndərli Orxanla bağlı hər hansı bir cinayət işi açılmır: «Birinci dəfə məsələyə Zərdab rayon polis şöbəsinin xidmət üzrə rəis müavini Bilal Nuriyev baxdı, amma heç bir nəticə olmadı. Sonra işi başqasına verdilər. Rəis köməkçisi Nadir Teymurov işə baxdı, amma onun da fəaliyyəti qənaətbəxş olmadı. Artıq neçə müddətdir ki, müraciət etməyimizə baxmayaraq, üç adamın pulunu alan və sonra qaytarmayan şəxsə gözün üstə qaşın var deyən yoxdur. Bununla bağlı polis rəisi Məmməd Hüseynovun qəbulunda olduq. O da qəribə bəhanə gətirdi. Bildirdi ki, İsgəndərlilər ailəsi müxalifətçi olduğu üçün onun barəsində cinayət işi açmaq istəmirlər, çünki bu, onlara əlavə problem yarada bilər. Guya dələduzluğa görə cinayət işi açılsa, onlar Avropa Şurasından tutmuş digər beynəlxalq təşkilatlara müraiət edəcəklər və bu da başağrısı olacaq. Düzü, bu yanaşmanı anlamırıq».

Fariz Əzimzadə bildirir ki, özünü müxalifətçi elan edən bu şəxslər məhkəmə qərarını icra etmədikləri kimi, məhkəmə icraçılarını da şantaj edirlər.

İsgəndərli Orxan Yaşar oğlu “Organik” MMC-nin direktorudur.

***

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə məsələ ilə bağlı bildirib ki, “Fariz Əzimzadənin Zərdab RPŞ-də dələduzluq yolu ilə vətəndaşlardan külli miqdarda pul alaraq qaytarmayan şəxslə bağlı guya tədbir görülmədiyi barədə iddiaları və polis əməkdaşları barədə səsləndirdiyi digər fikirlər əsassızdır və böhtan xarakterlidir.

Həqiqətən Zərdab şəhər sakini Vahid Abdullayev və Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivində yaşayan Fariz Əzimzadə bu il martın 25-də Zərdab Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, Zərdab şəhər sakini Orxan İsgəndərlinin xaricdən 50 000 manatlıq kənd təsərrüfatı ilə bağlı dərman preparatları gətirmək istədiyini, bunun üçün 30 000 manat dövlət rüsumuna görə pul lazım olduğunu bildirib. Şikayətçilər O.İsgəndərlinin onlardan ümumilikdə 30 000 manat pul aldığını, lakin xaricdən nə dərman preparatları gətirdiyini, nə də onların pulunu ödəməyərək dələduzluq etdiyini, pulu tələb edib istədikdə isə sonuncu şəxs tərəfindən təhqir olunduqlarını və ölümlə hədələndiklərini göstəriblər.

Ərizə əsasında Şöbədə araşdırma aparılıb və adları çəkilən hər üç şəxsin, həmçinin             O. İsgəndərlinin atası Yaşar İsgəndərlinin  izahatları alınıb. Araşdırma zamanı məlum olub ki, həmin borc məsələsi ilə əlaqədar Zərdab rayon Məhkəməsinin, Şirvan Apelyasiya Məhkəməsinin müvafiq qərarları olub və hal-hazırda da həmin məsələ ilə bağlı işə Ali Məhkəmədə baxılır.

Yaşar İsgəndərli izahatında oğlu Orxanın Vahid Abdullayevdən dərman preparatları gətirmək adı ilə pul almadığını, 2014-cü il sentyabrın 2-də V.Abdullayevdən 15000 manat pulu hər ayı 12 faizə sələmə, yəni 2014-cü ilin dekabr ayının 2-də 20400 manat qaytarmaq üzrə aldığını, lakin sonuncunun təkidi ilə aralarında bağlanmış borc müqaviləsi zamanı həmin məbləği müqavilədə 30000 manat kimi qeyd etdiklərini göstərib. Y.İsgəndərli həmin vəsaitin 6500 manatının artıq Vahidə ödəndiyini, hazırda həmin məsələ ilə əlaqədar onların Ali Məhkəmədə işlərinin davam etdiyini və V.Abdullayevə borclu olduğu 13900 manatlıq hissəni də ödəyəcəyini göstərib.

Araşdırma zamanı Orxan İsgəndərlinin əməlində dələduzluğun, həmçinin real əsaslar olmadığından öldürməklə hədələmənin tərkibi olmadığından ərizədə qeyd olunan xüsusatlar təsdiqini tapmayıb. Ona görə Vahid Abdullayev və Fariz Əzimzadənin ərizəsi əsasında toplanmış material üzrə təhqiqat orqanı tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib. Şikayətçilərin tələbləri mülki iddia xarakterli olduğu üçün bu barədə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqlarının olması hər iki şəxsə izah edilib, qəbul edilmiş qərarın surəti onlara göndərilib”.

www.yenicag.az

943
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv